Bakıda Ayurveda Günü qeyd olunub

Bakıda Ayurveda Günü qeyd olunub Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə davam edən bayram tədbirləri çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi Ayurveda günü ilə bağlı mərasim təşkil edib.
Sağlamlıq
3 Noyabr , 2021 11:16
Bakıda Ayurveda Günü qeyd olunub

Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə davam edən bayram tədbirləri çərçivəsində bu ölkənin Azərbaycandakı səfirliyi Ayurveda Günü ilə bağlı mərasim təşkil edib.

“Report” xəbər verir ki, tədbirdə tibb sahəsi üzrə yüksək vəzifəli mütəxəssislər, həkimlər, Azərbaycanın turizm sektorunun nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvana günümüzdə Ayurvedanın artan aktuallığından danışıb, həmçinin ənənəvi tibb sistemlərindən istifadə edən Hindistanın sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanlar haqqında məlumat verib.

Onun sözlərinə görə, Ayurveda Gününün Azərbaycanda qeyd olunmasının böyük əhəmiyyəti var.

Tədbir iştirakçılarına Ayurveda haqqında qısametrajlı sənədli film Azərbaycan dilində altyazı ilə nümayiş olunub.

Qeyd edək ki, Ayurveda Hindistanın 5000 ildən çox yaşı olan müalicə sistemidir. Xüsusilə də pandemiya dövründə bu sistem dünyada getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Sanskrit dilindən tərcümədə Ayurveda “Həyat haqqında elm” deməkdir.

Son xəbərlər

Orphus sistemi