Azərbaycanda son sutkada 531 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda son sutkada 531 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
2 Avqust , 2022 16:31
Azərbaycanda son sutkada 531 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 4 nəfər ölüb.

Ölkədə indiyədək 799 471 nəfər koronavirusa yoluxub. Onlardan 787 080 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 2 639 nəfərdir.

Ölkədə son sutka ərzində 3 950, hazırkı dövrədək isə 7 051 505 test aparılıb.

Son xəbərlər

Orphus sistemi