Azərbaycanda son sutkada 3 min 310 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 3 min 310 nəfər COVID-19-a yoluxub Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 310 yeni yoluxma faktı qeydə alınıb, 2 972 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
5 Sentyabr , 2021 18:35
Azərbaycanda son sutkada 3 min 310 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada koronavirusa 3 310 yeni yoluxma qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.

Bu günədək ümumilikdə 442 872 nəfərin koronavirusa yoluxması müəyyən olunub, onlardan 383 682 nəfər müalicə olunaraq sağalıb, 5 842 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 53 348 nəfərdir.

Son gündə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 614, ötən müddət ərzində isə ümumilikdə 4 551 520 test aparılıb.

Son xəbərlər

Orphus sistemi