Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son gündə koronavirus əleyhinə 2 714 vaksin vurulub.
Sağlamlıq
26 İyul , 2022 18:44
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 714 vaksin vurulub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 635, ikinci doza vaksinlərin sayı 136 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 649-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 807 963 təşkil edir.

Son xəbərlər

Orphus sistemi