Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son gündə koronavirus əleyhinə 2 106 vaksin vurulub.
Sağlamlıq
28 İyul , 2022 20:12
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 106 vaksin vurulub.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 406, ikinci doza vaksinlərin sayı 121 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 332-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 247 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 812 358 təşkil edir.

Son xəbərlər

Orphus sistemi