Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son gündə koronavirus əleyhinə 779 vaksin vurulub.
Sağlamlıq
5 Oktyabr , 2022 16:32
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 779 vaksin vurulub.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 273, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 895 043 təşkil edir.

Son xəbərlər

Orphus sistemi