Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
Sağlamlıq
25 May , 2020 16:05
Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı
0 : 00
0 : 00

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. 

Son xəbərlər

Orphus sistemi