Azərbaycanda koronavirusdan sağalanların sayı 1 551 nəfərə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 1 551 nəfərə çatdı Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Sağlamlıq
7 May , 2020 16:56
Azərbaycanda koronavirusdan sağalanların sayı 1 551 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. 

Son xəbərlər

Orphus sistemi