Azərbaycanda koronavirusdan sağalanların sayı 1 536 nəfərə çatdı

Azərbaycanda koronavirusdan sağalanların sayı 1 536 nəfərə çatdı Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.
Sağlamlıq
6 May , 2020 15:50
Azərbaycanda koronavirusdan sağalanların sayı 1 536 nəfərə çatdı
0 : 00
0 : 00

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. 

Son xəbərlər

Orphus sistemi