Azərbaycanda hemofiliya xəstəliyindən əziyyət çəkənlərin sayı açıqlanıb
- 17 aprel, 2019
- 09:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Azərbaycanda 1633 nəfər qeydiyyata alınan hemofiliya xəstəsi var.
Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmin xəstələrdən 80 faizindən çoxu yaşı 15-dən yuxarı olanlardır.
Qeyd olunub ki, 2005-ci ildə ölkədə 980 nəfər hemofiliya xəstəsi qeydiyyata alınıb. 2009-cu ildə 360, 2017-ci ildə 271 xəstə stasionar müalicə alıb. 2012-ci ildə 31, 2013-cü ildə 36, 2014-cü ildə 37, 2015-ci ildə 28, 2016-cı ildə 27, 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.
Xatırladaq ki, hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Bəzi məlumatlara görə, hazırda dünyada hemofiliya xəstələrinin sayı 400 min nəfərə çatır.