Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxub, 645 nəfər sağalıb

Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxub, 645 nəfər sağalıb Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sağlamlıq
18 İyul , 2020 18:18
Azərbaycanda daha 497 nəfər koronavirusa yoluxub, 645 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8334 nəfərdir.

Ötən müddət ərzində 619 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.

Son xəbərlər

Orphus sistemi