Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub, ölən olmayıb Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Sağlamlıq
4 May , 2022 21:09
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus infeksiyasına 3 yeni yoluxma halı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 61 nəfərdir.

Son gün ərzində 2 351, hazırkı dövrədək isə 6 823 023 test aparılıb.

Son xəbərlər

Orphus sistemi