Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
“Report” xəbər verir ki, Bakıda virusa yoluxanların sayı 52,2% təşkil edir.
Yoluxma göstəricisi Aranda 13,4%, Abşeronda 12,9%, Gəncə-Qazaxda 8,2%, Şəki-Zaqatalada 3,1%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,9%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,4%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4% təşkil edir.