Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb

Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb “Təəssüf ki, bu gün yalnız canlı donordan yalnız qaraciyər və böyrək transplantasiyası edirik. Ümid edirəm ki, bu problem yaxın gələcək üçün öz həllini tapmış olacaq”
Sağlamlıq
20 Aprel , 2021 12:57
Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb

“Təəssüf ki, bu gün yalnız canlı donordan yalnız qaraciyər və böyrək transplantasiyası edirik. Ümid edirəm ki, bu problem yaxın gələcək üçün öz həllini tapmış olacaq”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyib.

O qeyd edib ki, 10 il müddətində ümumilikdə 992 xəstəyə orqan köçürülüb:

“Onlardan 230-na qaraciyər (135-i kişi, 95-i qadın), 762-nə isə böyrək (468-i kişi, 294-ü qadın) köçürülüb".

M.Kazımi vurğulayıb ki, icra olunan qaraciyər köçürməsi zamanı donorların 138-i kişi, 93-ü isə qadın olub:

“Böyrək transplantasiyası zamanı donor olanlardan isə 285-i kişi, 477-i isə qadındır. Qaraciyər köçürməsi zamanı 230 xəstənin 1 illik yaşam göstəricisi 94 % təşkil edib. Toplamda isə 40 ölüm faktı olub. Aldığım məlumata görə, ölən xəstənin biri 11-ci ilində Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə sevincdən dünyasını dəyişmişdi. Böyrək köçürməsi sonrasında 762 xəstədə 1 illik yaşam göstəricisi 99,2 % təşkil edib. Onlardan 1-ci ildə 7, 3-cü ildə 10, 5-ci ildə isə 17 xəstə hemodializə qayıdıb. Bundan başqa, arter trombozu 3 xəstədə reanastomoz, sidik darlığı 17 xəstədə nativ ureter reanastomoz, sidik yolu qaçağı 42 xəstədə nefrestoma ilə barpa, lemfosel 36 xəstədə drenaj və gözləmək halı olub. 605 xəstənin böyrək köçürülməsi əməliyyatı laproskopik, 157-sində isə açıq şəkildə aparılıb”.

O, həmçinin əlavə edib ki, qaraciyərlə bağlı problem əsasən Hepatit B və C xəstələrində qeydə alınır:

“Bunun da əsas səbəbi həmin xəstəliyə qarşı peyvəndin vurulmamasıdır”.

Son xəbərlər

Orphus sistemi