Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradılır

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradılır Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır.
Sağlamlıq
20 Noyabr , 2018 01:01
Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradılır

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır".

“Report” xəbər verir ki, bunu noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib.

"Nəqliyyat-logistika sahəsində də birlikdə çox iş görmək olar. Biz Azərbaycanın infrastruktur layihələrində - yeni dəmir yollarının, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində iştirak etməyə hazırıq. Səhiyyədə, təhsildə, informasiya-kommunikasiya texnologiyalarında, idmanda, turizmdə əməkdaşlıq ehtiyatları mövcuddur. Bu gün əldə olunan razılaşmaların gerçəkləşdirilməsi lap tezliklə niyyətlərimizi konkret işlərə çevirməyə imkan verəcək. Məsələn, artıq Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisənin yaradılması sahəsində işlər aparılır. Tam əminəm ki, digər irimiqyaslı maraqlı layihələrin gerçəkləşməsi də çox uzaqda deyil", - deyə A.Lukaşenko bildirib.

Son xəbərlər

Orphus sistemi