Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb

Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub.
Sağlamlıq
459
8 Aprel , 2020 17:28
Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb
0 : 00
0 : 00

"Bu gün ölkədə 3 000-dən çox müayinə aparılıb və bununla da 53 mindən çox test icra olunub".

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gəncə və Naxçıvanda laboratoriyalar fəaliyyətə başlayıb: "Gələn həftə Şəki və Sumqayıtda da yeni laboratoriyalar açılacaq". 

R.Bayramlı bildirib ki, hazırda 105 koronavirusa yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var. 

TƏBİB rəsmisi ölkədə koronavirusa yoluxmuş xəstələrin 2 yaşdan 89 yaşa kimi olduğunu bildirib: "Gənclər arasında da xəstəliyi ağır keçirənlər var".

Son xəbərlər

Orphus sistemi