ATU-nun klinikasında müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlandı

Sağlamlıq
  • 17 iyun, 2020
  • 11:02
ATU-nun klinikasında müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlandı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müalicə olunan koronavirus xəstələrinin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev danışıb.

“Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlamışıq. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə alıb. Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub”, - o bildirib.