AQTA: Sumqayıt sakininin ölüm və ya qida zəhərlənməsi xəbəri həqiqəti əks etdirmir

AQTA: Sumqayıt sakininin ölüm və ya qida zəhərlənməsi xəbəri həqiqəti əks etdirmir Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.
Sağlamlıq
23 İyun , 2024 15:01
AQTA: Sumqayıt sakininin ölüm və ya qida zəhərlənməsi xəbəri həqiqəti əks etdirmir

Mediada Sumqayıt şəhər sakininin qəbul etdiyi spirtli içkidən vəfat etməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalar aparılıb.

Agentlikdən “Report”a verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, iyunun 22-də saat 01.40 radələrində normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul etdikdən sonra Sumqayıt şəhər Xəstəxanasına hospitalizə olunan Familzadə Elfan Elşən oğluna həkimlər tərəfindən alkoqollu sərxoşluq diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Həmin şəxslə telefonla əlaqə saxlanılıb və vəziyyəti qənaətbəxşdir.

Bununla da hadisə zamanı ölüm və ya qida zəhərlənməsi olması xəbəri öz təsdiqini tapmayıb.

AQTA bu kimi yanlış məlumatların yayılmaması üçün vətəndaşları zəhərlənmə halları ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə, kütləvi informasiya vasitələrini isə bu cür xəbərləri yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə məlumatı dəqiqləşdirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi