AQTA-nın “WhatsApp” xidməti fəaliyyətə başlayıb

AQTA-nın “WhatsApp” xidməti fəaliyyətə başlayıb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyətə başlayıb.
Sağlamlıq
27 May , 2022 11:53
AQTA-nın “WhatsApp” xidməti fəaliyyətə başlayıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 - Çağrı Mərkəzi” ilə yanaşı, “WhatsApp” xidməti də fəaliyyətə başlayıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

"Agentlik əməkdaşlarının, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti, göstərilən xidmətlərlə bağlı vətəndaşlar öz şikayət və təkliflərini, qanunazidd hallarla bağlı müraciətlərini Agentliyin (010) 200 10 03 nömrəsinə “WhatsApp” vasitəsilə də ünvanlaya bilərlər.
Daxil olan məlumatlar (yazılı, görüntülü və ya səsli) təhlil edilərək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun qanunvericilik çərçivəsində icrası təmin ediləcəkdir", - Agentlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi