Alsqeymer xəstəliyinin yaranmasının yeni səbəbi aşkarlanıb

Alsqeymer xəstəliyinin yaranmasının yeni səbəbi aşkarlanıb ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, alsqeymer xəstəliyinin inkişafının səbəblərindən biri mutasiya nəticəsində yaranan mikroqliyaların işinin nasazlığı ola bilər.
Sağlamlıq
18 Noyabr , 2023 05:33
Alsqeymer xəstəliyinin yaranmasının yeni səbəbi aşkarlanıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, alsqeymer xəstəliyinin inkişafının səbəblərindən biri mutasiya nəticəsində yaranan mikroqliyaların işinin nasazlığı ola bilər.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri “Wiley Online Library” akademik nəşrinin saytında dərc olunub.

İnsanın sinir sistemi iki əsas hüceyrə növündən - sinir hüceyrələrindən (neyronlar) və qlial hüceyrələrdən ibarətdir. Mikroqliya, baş və onurğa beyni boyunca yerləşən qliya hüceyrələri növüdür. Mikroqliya hüceyrələri immunitet funksiyasını yerinə yetirir - neyronlar üçün yaşamaq və işləmək üçün şərait yaradan xüsusi mikro mühit meydana gətirirlər.

Alimlər müəyyən ediblər ki, eyniadlı gen tərəfindən kodlanan TREM2 zülalındakı R47H/+ mutasiyası potensial olaraq mikroqliyal iltihab nəticəsində yaranan neyron zədələnməsi ilə əlaqəlidir. Mikroqliya zərərli amillərin və infeksiyaların təsirinə cavab olaraq sinir toxumasında inkişaf edən iltihab prosesinin əsas elementi hesab olunur.

Tədqiqatçılar güman edirlər ki, mikroqliyaların iltihabı onların beyindən amiloid beta zülalını təmizləmək qabiliyyətini azaldır. Bu zülalın təsirlənmiş neyronlarda hüceyrədaxili toplanması alsqeymer xəstəliyinin inkişafının əsas səbəbi hesab olunur.

Alimlər ümid edirlər ki, onların kəşfi neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni müalicə üsulları və dərmanların hazırlanmasına töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi