Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər

Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər Almaniyada bir qrup alim SARS-CoV-2 koronavirusunun görmə orqanlarına nüfuz edə biləcəyini, həmçinin sinir hüceyrələrində ciddi fəsadlar yarada biləcəyini iddia edir.
Sağlamlıq
15 Oktyabr , 2021 02:39
Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər

Almaniyada bir qrup alim SARS-CoV-2 koronavirusunun görmə orqanlarına nüfuz edə biləcəyini, həmçinin sinir hüceyrələrində ciddi fəsadlar yarada biləcəyini iddia edir.

"Report" xəbər verir ki, bu barədə "Maks Plank" İnstitutunun mütəxəssisləri tərəfindən "bioRxiv" nəşrində məqalə dərc olunub.

Məqalədə gözün tor qişasının hüceyrələrinin SARS-CoV-2-nin təsirinə məruz qalması qeyd olunur.

Alimlər hesab edirlər ki, retinanın fotoreseptorlarında və sinir hüceyrələrində koronavirusun çoxalma yerini göstərən viral zonalar var. Bundan əlavə, mütəxəssislər koronavirus infeksiyası olan bəzi xəstələrin görmə problemlərindən şikayət etdiyini vurğulayırlar.

Tədqiqat nəticəsində məlum olub ki, retinanın hüceyrələrində virusun öz-özünə çoxalması və gözlərdə SARS-CoV-2 infeksiyası ACE2 reseptorlarından asılıdır.

Son xəbərlər

Orphus sistemi