Dörd ölkənin alimləri xərçənglə mübarizədə effektiv preparatlar yaratdı

Dörd ölkənin alimləri xərçənglə mübarizədə effektiv preparatlar yaratdı Dünyada ilk dəfə beynəlxalq alimlər qrupu tərəfindən xərçəng hüceyrələri ilə effektiv mübarizə apara bilən nikel əsaslı birləşmələr yaradılıb.
Sağlamlıq
7 Sentyabr , 2020 08:57
Dörd ölkənin alimləri xərçənglə mübarizədə effektiv preparatlar yaratdı

Dünyada ilk dəfə beynəlxalq alimlər qrupu tərəfindən xərçəng hüceyrələri ilə effektiv mübarizə apara bilən nikel əsaslı birləşmələr yaradılıb.

“Report” xəbər verir ki, araşdırmaların nəticələri “New Journal of Chemistry” jurnalında dərc olunub.

Müəlliflərin sözlərinə görə, preparatların bu yeni növü bu gün istifadə edilən dərmanlara xərçəngin artan problemini həll etməyə imkan verəcək. Bundan başqa, o, digər dərmanlardan daha ucuz və təhlükəsizdir.

Platin əsaslı preparatlar bu gün xərçəngin müxtəlif növləri ilə mübarizədə geniş yayılıb. Ancaq tədqiqat müəlliflərinin sözlərinə görə, belə dərmanlar bahadır, əlavə təsirlərə malikdir, bundan başqa, xərçəng hüceyrələri onların yüksək müqavimət qabiliyyətini tez əldə edir.

Tədqiqatçıların fikrincə, nikel ən yaxın elektron analoqu olan platinə alternativdir, üstəlik, bir neçə dəfə ucuzdur.

Rusiya, Türkiyə, İran və İspaniyadan olan mütəxəssislərlə birlikdə keçirilmiş tədqiqat nəticəsində ilk dəfə nikel əsaslı iki yeni birləşmə alınıb. Birləşmə xərçəngin yumşaq hüceyrələrində şiş əleyhinə fəallıq nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi