ABŞ alimləri müəyyən ediblər ki, koronavirus səthdən (üzdən) deyil, əsasən hava aerozolları vasitəsilə ötürülür.
“Report” xəbər verir ki, bu barədə
"Hallar (koronavirusa yoluxma-red) haqqında hesabatlarda təqdim edilmiş sübutlar, həmçinin klaster hesabatları tənəffüs yollarının ötürülməsinin üstünlük təşkil etdiyini və virusa yoluxmuş insanlarla yaxınlığın, zəif havalandırmanın virusun ötürülmənin əsas amillərindən olduğunu göstərir", -məqalədə deyilir.
Qeyd edilir ki, ən çox koronavirus hissəcikləri birinci simptomların yaranmasına (meydana çıxmasına) qədər bir gün əvvəl yoluxanlarda müşahidə olunur. Sonrakı bir həftə ərzində onların sayı tədricən azalır.
Alimlər bu nəticəyə gəliblər ki, xəstəliyin erkən mərhələdə olduğu insanlar yoluxuculuq nöqteyi-nəzərindən ən təhlükəlidir.