5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəlib - FOTO

5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəlib - FOTO o, Bakıda keçirilən Azərbaycan Nevrologiya həftəsinin konfranslarında iştirak edir
Sağlamlıq
18 Dekabr , 2019 09:35
5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəlib - FOTO
Məsud Aşina / Report / Firi Salim

Nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, Danimarkada yaşayan azərbaycanlı həkim Məsud Aşina Azərbaycana gəlib.

"Report"un məlumatına görə, o, Bakıda keçirilən Azərbaycan Nevrologiya həftəsinin konfranslarında iştirak edir.

Qeyd edək ki, azərbaycanlı həkim M.Aşina bir müddət öncə Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. Fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib.

Xatırladaq ki, M.Aşina 1965-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Hazırda Danimarkada yaşayır və Kopenhagen Universitetinin nevrologiya üzrə professoru və baş məsləhətçisi vəzifəsində çalışır. Eyni zamanda, Danimarka Başağrısı və Nevrologiya Mərkəzinin və İnsan Migren Araşdırmaları Mərkəzinin rəhbəridir.

Son xəbərlər

Orphus sistemi