12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb
- 06 iyul, 2020
- 14:22
Mərkəzi Gömrük Hospitalında 12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb.
“Report” xəbər verir ki, sağalan şəxs Bəhruz Məhərrəmovdur.
O, bu gün jurnalistlərə açıqlamasında iyunun 17-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib:
“Təngnəfəs olmuşdum, özümdə deyildim. Ondan bir həftə əvvəl evdə qızdırmam oldu. İstədim evdə özümü müalicə edəm, amma təngnəfəs oldum. Dayana bilmədim, təcili yardımla gəldim bura. 12 gün süni nəfəs aparatında qaldım. Sonra aparatdan ayırıldım. İndi özümü yaxşı hiss edirəm”.
Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm.
— İlham Əliyev (@azpresident) August 25, 2025
Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh… pic.twitter.com/7S6LssgvqH