Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 406 yeni yoluxma faktı qeydə alınıb, 1 787 nəfər müalicə olunaraq sağalıb.
Sağlamlıq
776
4 Dekabr , 2021 16:32
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 406 yeni yoluxma faktı qeydə alınıb, 1 787 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 594 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 562 786 nəfər müalicə olunaraq sağalıb, 7 947 nəfər vəfat edib, aktiv xəstə sayı 24 261 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 869, ötən müddət ərzində isə ümumilikdə 5 591 270 test aparılıb.

Son xəbərlər

Orphus sistemi