Prezident: “ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsi məqsədəuyğun deyil”

Prezident: “ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsi məqsədəuyğun deyil” “ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məqsədəuyğun deyil və bu, təxribat kimi qəbul edilə bilər”.
Region
1 May , 2019 11:32
Prezident: “ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsi məqsədəuyğun deyil”
Salome Zurabaşvili

“ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məqsədəuyğun deyil və bu, təxribat kimi qəbul edilə bilər”.

“Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabaşvili “Amerikanın səsi”nin gürcü dili redaksiyasına müsahibəsində deyib.

“Mən buna zəmanət verməzdim. Ölkə elə bir ərazidə yerləşir ki, onun təhlükəsizliyinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, ABŞ-ın burada hərbi baza yerləşdirməklə təkcə Rusiyanın deyil, bölgəmizdə çox fəal olan terrorçu hərəkatların da diqqətini cəlb etməyə hazır olduğunu zənn etmirəm”, - S.Zurabaşvili vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi