Yuxarı

Türkiyədə öldürülən terrorçuya görə 100 min dollar mükafat veriləcək

Türkiyə Daxili İşlər Nazirliyi 540 terrorçu haqda axtarış elan edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Terrorçu PKK-nın Türkiyənin Tunceli əyaləti üzrə məsul şəxsi sayılan Celal Candemirin gizləndiyi yer haqda məlumat verən adama 300 min türk lirəsi ( təxminən 103 min 160 dollar ) mükafat veriləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik orqanları adı çəkilən terrorçunun yeri haqda məlumat verən şəxsin adının gizli saxlanılacağına təminat verib.

Xəbərdə bildirilib ki, Türkiyə Daxili İşlər Nazirliyi 540 terrorçu haqda axtarış elan edib. Həmin siyahıda Celal Candemirin adının qarşısında "zərərsizləşdirilib" sözü yazılıb.

Məlumata əsasən, Celal Candemir Tunceli əyalətinin Alacıq kəndində qeydiyyatda olub. Onun terrorçu kod adı "Şiyar" olub. Bu terrorçunun Tuncelidə dəfələrlə yol kəsdiyi bildirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi