Vladimir Zelenski Türkiyəyə istirahətə gedib

Vladimir Zelenski Türkiyəyə istirahətə gedib Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib.
Region
26 Aprel , 2019 10:27
0 : 00
0 : 00

Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenski istirahət etmək üçün Türkiyəyə gedib.

“Report” xəbər verir ki, bunu o, “Facebook” səhifəsində yazıb.

“Aşkarlılıq olacağını razılaşdırmışıq. Deməli belə. Türkiyəyə uçuruq. Uşaqları illik “Əyləncəli” festivala aparıram. Son 4 ayda ilk istirahətimdir”, - yeni Prezident yazıb.

V.Zelenski 2 gündən sonra Ukraynaya qayıdacağını bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukrayanada keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezidenti Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.

Son xəbərlər

Orphus sistemi