Yunanıstanın iki qayığı Türkiyəyə məxsus adaya yaxınlaşıb, gərginlik yaşanıb

Yunanıstanın iki qayığı Türkiyəyə məxsus adaya yaxınlaşıb, gərginlik yaşanıb Bölgədə Türkiyə hərbçisi xidmətini davam etdirir
Region
31 Yanvar , 2017 19:51
Yunanıstanın iki qayığı Türkiyəyə məxsus adaya yaxınlaşıb, gərginlik yaşanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Yunanıstanın iki qayığı Türkiyəyə məxsus Kardak adası sahillərinə yaxınlaşaraq 45 dəqiqəlik gərginlik yaradıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bölgədəki Türkiyə hərbçiləri və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən onlar ərazidən çıxarılaraq öz sularına qaytarılıblar.

Məlumata görə, bölgədə Türkiyə hərbçisi xidmətini davam etdirir.

Qeyd edək ki, 1995-ci dekabrın 25-də Yunanıstan hərbçiləri Kardak adasına daxil olaraq bayraqlarını sancıblar. Həmin dövrdə Türkiyənin Baş naziri Tansu Çillər “O bayraq oradan enəcək, o əsgər oradan gedəcək” deyərək, Türkiyə Silahlı Qüvvələrinin savaşa hazır olduğunu bildirib və 1996-cı il yanvarın 30-da adadan hərbçilərin çıxarılmasını tələb edib. Bundan sonra Yunanıstan hərbçiləri adanı tərk edib və bayraqlarını özləri ilə aparıblar.

Son xəbərlər

Orphus sistemi