Yuxarı

Yunanıstanın baş naziri enerji əməkdaşlığını müzakirə etmək üçün İrana səfər edəcək

Aleksis Tsipras İrana fevralın 7-də gələcək

Bakı. 3 fevral. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsipras fevralın 7-8-də İrana səfər edəcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Olqa Qerovasili məlumat verib.

Səfər zamanı bir sıra sferalarda, o cümlədən enerji, ticarət və iqtisadiyyat, turizm, mədəniyyət, kredit və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfər zamanı xarici işlər naziri Nikos Kotzias, energetika naziri Panos Skurletis, iqtisadiyyat və turizm naziri Yorqos Statakis, xarici işlər nazirinin müavini Dimitris Mardas, XİN-in xarici iqtisadi əlaqələr üzrə baş katibi Yorqos Tsipras baş naziri müşayiət edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi