YPG-nin PKK-nın Suriyadakı silahlı qüvvəsi olduğu ABŞ Konqresinə təqdim edilən sənəddə əksini tapıb

YPG-nin PKK-nın Suriyadakı silahlı qüvvəsi olduğu ABŞ Konqresinə təqdim edilən sənəddə əksini tapıb "Bu qrup muxtariyyət əldə etməyə səy göstərəcək"
Region
14 Fevral , 2018 13:40
YPG-nin PKK-nın Suriyadakı silahlı qüvvəsi olduğu ABŞ Konqresinə təqdim edilən sənəddə əksini tapıb
Report

Bakı. 14 fevral. REPORT.AZ/ “YPG PKK-nın Suriyadakı silahlı qüvvəsidir”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Koats fevralın 13-də Konqresə “Dünyada təhdid dəyərləndirməsi” adlı hesabatının Orta Şərq bölmündə bildirib. 

Sənəddə qeyd olunub ki, YPG PKK-nın Suriyadakı silahlı qüvvəsidir: "Bu qrup muxtariyyət əldə etməyə səy göstərəcək. Ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə üzləşəcək. İran Suriyadan Livana quru dəhlizi açmağa cəhd göstərir”.

Xatırladaq ki, ABŞ terrorçu PKK qruplaşmasının Suriyadakı YPG və PYD adlı qollarına silah-sursat verir. Rəsmi Ankaranın etirazından sonra Vaşinqton “Suriya Demokratik Qüvvələri” ilə birlikdə fəaliyyət göstərdiyini bəyan etdi. Bu qurum isə YPG və PYD silahlılarından, başqa sözlə, yenə PKK terrorçularından formalaşıb. Nəticədə ABŞ-ın terrorçu olaraq tanıdığı PKK-nı silahlandırdığı təsdiqlənib.

Qeyd edək ki, 1993-cü ildə ABŞ, Almaniya, Kanada, Avstraliya, Yeni Zellandiya və Britaniya Türkiyənin istəyi əsasında PKK-nı terrorçu qruplar siyahısına daxil edib. 1998-ci ildə Qırğız Respublikası bu qrupu terrorçular siyahısına salıb. 2001-ci ildən isə Avropa İttifaqı PKK-nı terrorçu təşkilatlar siyahısında daxil edib.

Son xəbərlər

Orphus sistemi