Yerevandakı toqquşmalarda xəsarət alan 12 nəfər xəstəxanada müalicə olunur

Yerevandakı toqquşmalarda xəsarət alan 12 nəfər xəstəxanada müalicə olunur Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanın mərkəzində aprelin 16-da etirazçılarla polis arasında baş vermiş toqquşma nəticəsində xəsarət almış 12 nəfər hələ də xəstəxanada müalicə alır.
Region
17 Aprel , 2018 11:10
Yerevandakı toqquşmalarda xəsarət alan 12 nəfər xəstəxanada müalicə olunur

Bakı. 17 aprel. REPORT.AZ/ Yerevanın mərkəzində aprelin 16-da etirazçılarla polis arasında baş vermiş toqquşma nəticəsində xəsarət almış 12 nəfər hələ də xəstəxanada müalicə alır.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, dünən toqquşmalardan sonra Yerevanın tibb müəssisələrinə 46 vətəndaş, o cümlədən 6 polis müraciət edib.

Ermənistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsatəxanada qalan 12 nəfərdən biri aprelin 16-da əməliyyat olunmuş polisdir və onun durumu sabitdir. Eyni zamanda, xəstəxanada olan digər şəxslərin vəziyyəti də qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi