Yerevanda Rusiya-Ermənistan birgə hərbi təlimləri başlayıb
Region
- 01 oktyabr, 2018
- 07:25
Bakı. 1 oktyabr. REPORT.AZ/ Ermənistanın Bəhrəmyan poliqonunda Rusiyanın bu ölkədəki hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.
Onun sözlərinə görə, təlimlər zamanı motoatıcı bölmələrin komandirləri aviasiyanın və digər növ bölmələrin dəstəyi ilə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən, 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.
Son xəbərlər
19:35
Azərbaycan və İrlandiya birgə parlament işçi qruplarının 1-ci iclası keçirilib
Xarici siyasət19:30
Ərdoğan: İrana xarici müdaxilələr bütün bölgə üçün əhəmiyyətli risklər təşkil edəcək
Digər19:28
Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun müqaviləsinin müddətini uzadıb
Futbol19:24
Foto
SOCAR-ın "yaşıl" təyinatlı istiqrazları beynəlxalq mükafata layiq görülüb
Energetika19:22
Nigeriyanın qərbində silahlılar azı 162 nəfəri öldürüb - YENİLƏNİB
Digər ölkələr19:09
Tailand və Kamboca sərhəd münaqişəsi ilə bağlı vahid qərara gəlməyiblər
Digər ölkələr19:05
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB
Digər ölkələr18:56
Foto
Qazaxıstan və Pakistan 200 milyon dollarlıq müqavilələr imzalayıb
Biznes18:51