Yuxarı

Yerevanda PPX alayının binasını ələ keçirənlərlə polis arasında atışma olub

Binanı ələ keçirən qruplaşma üzvlərindən biri yaralanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşma ilə polis arasında atışma baş verib. Nəticədə binanı ələ keçirən qrup üzvlərindən biri - Araik Xandoyan yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü Syuzan Simonyan "Facebook" səhifəsində yazıb.

Ermənistan KİV-inin yazdığına əsasən, A.Xandoyan ayağından snayperlə vurulub. Ermənistan polisində bu faktı təsdiq ediblər. Verilən məlumata görə, qruplaşma üzvləri hüquq-mühafizə orqanlarının tələblərini pozaraq PPX alayının binasında atəş açıb və polisin buna cavabı nəticəsində atəş açanlardan biri yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi