Yuxarı

Yerevanda PPX alayının binasını ələ keçirənlər 4 girovu Ermənistan polis rəisi ilə dəyişməyə hazırdır

Pavel Manukyan: Girovlar qida və su ilə təmin edilir

Bakı. 20 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş bir qrup silahlı şəxs 4 girovu Ermənistanın polis rəisi Vladimir Qasparyan ilə dəyişməyə hazırdır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə silahlı qruplaşmanın üzvlərindən biri olan Pavel Manukyan bildirib.

O, girovların qida və su ilə təmin edildiyini vurğulayıb.

Xatırladaq ki, Yerevanda PPX alayının binasını ələ keçirənlər artıq dörd gündür içəridəkiləri girov saxlayır. Binanın ələ keçirilməsi zamanı PPX alayının rəis müavini Artur Vanoyan öldürülüb, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi