Yerevanda orta məktəb şagirdi bıçaqlanıb
Region
- 11 dekabr, 2019
- 04:46
Ermənistanın paytaxtı Yerevandakı orta məktəblərdən birində bıçaqlanma hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə 114 saylı təhsil müəssisəsində qeydə alınıb.
Belə ki, idman dərsi zamanı şagirdlərdən biri digərinə bıçaq xəsarəti yetirib. Yaralı tibb mərkəzinə çatdırılıb.
Hadisə ilə əlaqədar məktəbə polisin operativ qrupu gəlib. Asayiş keşikçiləri xəsarət alan şəxsin 16 yaşlı şagirdi David A. olduğunu müyənnələşdiriblər. Hadisəni törətməkdə şübhəli bilinən digər şagird idman müəllimi ilə birlikdə polis bölməsinə aparılıb. Fakt üzrə materiallar toplanır.
Ermənistan mətbuatının məlumatına görə, həmin bu, gün ərzində gənclər arasında belə qəbildən olan növbəti cinayət hadisəsidir.
Son xəbərlər
13:43
Ermənistanın Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Region13:37
Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb
Digər ölkələr13:36
Çin İran və ABŞ-ni İslamabad memorandumuna qayıtmağa çağırır
Digər ölkələr13:30
Yaşar Sarı: "Orta Dəhliz kritik faydalı qazıntıların Qərb bazarlarına nəqlində yeganə əlverişli marşrutdur"
İnfrastruktur13:21
Qazaxıstanlı ekspert: "Orta Dəhlizin rəqabət qabiliyyəti öz keyfiyyətinə əsaslanmalıdır"
İnfrastruktur13:21
Yuri Qusev: Azərbaycanla kənd təsərrüfatı sahəsində tərəfdaşlıq ərzaq təhlükəsizliyini möhkəmləndirəcək
Xarici siyasət13:21
Foto
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Fərdi13:19
Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir - RƏY
Daxili siyasət13:19