Yerevanda mühafizə xidmətinin əməkdaşları mitinq təbliğatı aparan tələbələrə hücum ediblər

Yerevanda mühafizə xidmətinin əməkdaşları mitinq təbliğatı aparan tələbələrə hücum ediblər Bakı. 11 aprel. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin Mühafizə xidmətinin əməkdaşları aprelin 13-də keçiriləcək mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib.
Region
11 Aprel , 2018 17:01
Yerevanda mühafizə xidmətinin əməkdaşları mitinq təbliğatı aparan tələbələrə hücum ediblər

Bakı. 11 aprel. REPORT.AZ/ Yerevan Dövlət Universitetinin Mühafizə xidmətinin əməkdaşları aprelin 13-də keçiriləcək mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, tələbələr hadisə ilə bağlı hüquq müdafiəçilərinə müraciət ediblər.

Universitet Administrasiyasının rəhbəri Alik Qaribyan tələbələrin üstünə qışqıraraq deyib: “Siz burada siyasi vərəqələr paylayırsınız? Biz buna imkan verməyəcəyik”.

Qeyd edək ki, Serj Sarqsyanın baş nazir seçilməsinə mane olmaq məqsədi ilə aprelin 13-də Yerevanda fasiləsiz mitinq keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi