Yerevanda Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma olub, 6 nəfər saxlanılıb

Yerevanda Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma olub, 6 nəfər saxlanılıb Yerevanda Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma baş verib.
Region
10 İyul , 2019 16:31
Yerevanda Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma olub, 6 nəfər saxlanılıb

Yerevanda Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları ilə polis arasında toqquşma baş verib. 

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkə Polisinin Mətbuat xidməti rəisinin müavini Edqar Canoyan bildirib.

Onun sözlərinə görə, asayiş keşikçilərinə müqavimət göstərən 6 nəfər saxlanılıb. 

R.Koçaryanın tərəfdarları iyulun 10-da paytaxtda yürüş keçirib, Ermənistanın baş naziri Nikol Paşinyanın avtokarvanının hərəkət etdiyi yolu bağlamağa cəhd göstəriblər. Polis onları yoldan çıxıb, küçəni açmalarını tələb edib. Aksiya iştirakçıları asayiş keşikçilərinin xəbərdarlığına məhəl qoymayıblar. Bundan sonra polis onları ərazidən güc tətbiqi ilə uzaqlaşdırmağa başlayıb.

Saxlanılanlara “İnzibati qanun pozuculuğu haqqında” qanuna uyğun olaraq, cinayət işi başlanılıb. 

Son xəbərlər

Orphus sistemi