Yerevanda itaətsizlik aksiyaları başlayıb - VİDEO

Yerevanda itaətsizlik aksiyaları başlayıb - VİDEO Bakı. 23 aprel. REPORT.AZ/ Yerevanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib.
Region
23 Aprel , 2018 11:22
Yerevanda itaətsizlik aksiyaları başlayıb - VİDEO
EPA

Bakı. 23 aprel. REPORT.AZ/ Yerevanda Serj Sarqysanın baş nazir olmasına etiraz tələbi ilə keçirilən aksiya itaətsizlik aksiyalarına çevrilib.

“Report” TASS-a istinadən xəbər verir ki, nümayiş iştirakçıları şəhərin bir neçə başlıca küçəsini bağlayaraq, hökumətə qarşı şüarlar söyləyirlər.

Hazırda Yerevanın Acapnyak rayonunda vəziyyət çox gərgindir.

Aprelin 22-də Ermənistanın Baş Prokurorluğu müxalifətdə olan deputatlar Nikol Paşinyan, Ararat Mirzoyan və Sasuna Mikaelyanın qanunsuz toplantı keçirdikləri üçün tutulduqlarını təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi