Yuxarı
    Bağlamaq

    Ermənistada zəbt olunmuş polis məntəqəsinin ətrafında gərginlik artır - YENİLƏNİB

    Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var

    Bakı. 17 iyul. REPORT. AZ/ Hüquq mühafizə orqanları silahlı qruplaşmanın zəbt etdiyi polis məntəqəsinə əlavə qüvvələr cəlb ediblər. “Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Hadisə yerinə polis əməkdaşlarının olduğu daha 2 avtobus, 4 yük maşını cəlb olunub. 

    Qeyd edək ki, Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətinin binasında 6 polis əməkdaşı girov saxlanılır.

    *** 20:09

    Bakı. 17 iyul. REPORT. AZ/ Yerevanda silahlı şəxslərin ələ keçirdiyi post-patrul xidmətinin binasında 6 nəfər girov saxlanılır. “Repor” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin rəsi müavini Unan Poqosyan bildirib.

    O vurğulayıb ki, bütün saxlanılanlar polis əməkdaşlarıdır. 

    Poqosyan həmçinin bildirib ki, 4 polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    *** 13:57

    Bakı. 17 iyul. REPORT. AZ/ "Silahlı şəxslər İrəvanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır". "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.

    Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.

    "Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.

    Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına sonadək mübarizə aparmağa kökləniblər. Qeyd 

    Qeyd edək ki, silahlıların polisin binasına hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, iki asayiş keşikçisi yaralanıb. Erməni mətbuatının məlumatına görə, silahlı şəxslər arasında da yaralanan var. Ermənistan polisi tərəfindən silahlıların əməliyyatının gedişi barəsində hər hansı rəsmi açıqlama verilmir.


    ***12:47

    Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasını ələ keçirmiş şəxslər hökumətin istefasını tələb edirlər.

    İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasını ələ keçirmiş şəxslər Ermənistan hökumətinin istefasını tələb edirlər. "Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə polisinin yaydığı açıqlamada bildirilir.

    Məlumata görə, polkun binasına giriş-şıxış tamamilə bağlanılıb. Əraziyə çoxlu sayda polis avtomobili və zirehli hərbi maşınlar gətirilib. Erebuni rayonunun bir çox küçələri nəzarətə götürülüb. Bununla yanaşı, ərazidəki yaşayış binalarına snayperlər yerləşdirilib. 

    Ərazidə yaşayan sakinlər günün səhər saatlarında binada atışma səslərini eşitdiklərini bildiriblər. Rəsmi məlumata görə, hər iki tərəfdən yaralanan var. Hazırda qiyamçılarla danışıqlar aparılır. 

    ***11:30

    Bir qrup silahlı şəxsin Ermənistanın paytaxtı Yerevanda Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücumu zamanı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. "Report" erməni mətbuatına istinadən xəbər verir ki, hələlik öldürülmüş şəxsin və xəsarət alanların kimliyi barədə məlumat verilmir. 

    Binaya hücum etmiş silahlılar bir neçə nəfəri girov götürüb. 

    İlkin məlumatlara görə, girov götürülmüş şəxslər arasında polis zabitləri də var. 


    ***10:46

    Bir qrup silahlı şəxs Ermənistanda polis bölməsinin binasını ələ keçirib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Yerevan yaxınlığındakı Erebuni rayonunda baş verib. 

    Silahlılar qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham edilərək həbs olunmuş müxalif "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

    Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əraziyə qoşun göndərilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək. 

    Hüquq-mühafizə orqanları hadisə zamanı yaralananların olduğunu açıqlayıblar. "Kommersant"ın məlumatına görə isə hücum zamanı bir nəfər ölüb.

    Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi