Yerevanda atışma olub: xəsarət alan var

Yerevanda atışma olub: xəsarət alan var Qırx səkkiz yaşlı kişini qovaraq ona atəş açıblar
Region
4 Oktyabr , 2017 03:43
Yerevanda atışma olub: xəsarət alan var

Bakı. 4 oktyabr. REPORT.AZ/ Yerevanın cənubunda atışma olub.

"Report"un məlumatına görə, bu barədə News.am xəbər verib.

Agentliyin xəbərinə görə, hadisə 8-ci küçədə, Noraqavit rayonunda baş verib. Belə ki, 48 yaşlı kişini qovaraq ona atəş açıblar. Nəticədə o, güllə yarası alıb.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Qeyd edək ki, bu son günlər Ermənistan ərazisində baş verən növbəti silahlı insidentdir. 

Son xəbərlər

Orphus sistemi