Yerevanda 32 yaşlı kişi atasını qətlə yetirib

Yerevanda 32 yaşlı kişi atasını qətlə yetirib Bakı. 30 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda xüsusi amansızlıqla qətl törədilib.
Region
30 Sentyabr , 2018 01:55
Yerevanda 32 yaşlı kişi atasını qətlə yetirib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda xüsusi amansızlıqla qətl törədilib.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Bildirilir ki, 1957-ci il təvəllüdlü şəxs başından, sinəsindən və çiynindən aldığı çoxsaylı xəsarətlərlə öldürülüb. 61 yaşlı qocanın qətli ilə bağlı cinayət işi qaldırılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, hadisəni mərhumun oğlu törədib. O, şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı ilkin istintaq aparılır.

"Shamshyan.com" ata ilə oğulun eyni mənzildə yaşaması barədə xəbər verib. Bildirib ki, hadisə yerindən böyük bıçaq tapılıb. 

Son xəbərlər

Orphus sistemi