Bakı. 30 sentyabr. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda xüsusi amansızlıqla qətl törədilib.
Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.
Bildirilir ki, 1957-ci il təvəllüdlü şəxs başından, sinəsindən və çiynindən aldığı çoxsaylı xəsarətlərlə öldürülüb. 61 yaşlı qocanın qətli ilə bağlı cinayət işi qaldırılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi müəyyənləşdiriblər. Məlum olub ki, hadisəni mərhumun oğlu törədib. O, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı ilkin istintaq aparılır.
"Shamshyan.com" ata ilə oğulun eyni mənzildə yaşaması barədə xəbər verib. Bildirib ki, hadisə yerindən böyük bıçaq tapılıb.