Yuxarı

​Yerevan polisi: "Polis prospektdə ictimai asayişi bərpa etməyə cəhd göstərəcək"

Əks halda, polis qanunda nəzərdə tutulmuş qaydaya uyğun fəaliyyət göstərəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün gecə Bakı vaxtı ilə saat 00.00-dan sonra polis Yerevanın Baqramyan prospektində ictimai asayişi bərpa etməyə cəhd göstərəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevan polis rəisinin müavini Valeri Osipyan bildirib.

O deyib ki, prospektə yaxın binaların sakinləri polisin şəraitə nəzarət edə bilməməsindən şikayətlənir: "Polisə vətəndaşlardan müxtəlif şikayətlər daxil olur. Biz onların hərəkətinin qanunsuz olduğunu və fəaliyyətlərini dayandırıb Azadlıq meydanına və ya başqa yerə getməyə çağırırıq. Fikrimcə, xalq təklifimizi qəbul edəcək. Əks halda, polis qanunda nəzərdə tutulmuş qaydaya uyğun fəaliyyət göstərəcək. Biz ictimai asayişi bərpa edəcəyik".

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi