Yerevan polisi aksiyaçıları xüsusi vasitələrdən istifadə edəcəyi ilə hədələyib

Yerevan polisi aksiyaçıları xüsusi vasitələrdən istifadə edəcəyi ilə hədələyib Bakı. 17 aprel. REPORT.AZ/ Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.
Region
17 Aprel , 2018 04:35
Yerevan polisi aksiyaçıları xüsusi vasitələrdən istifadə edəcəyi ilə hədələyib

Bakı. 17 aprel. REPORT.AZ/ Yerevan polisi paytaxtda keçirilən etiraz aksiyasının iştirakçılarına kütləvi tədbirə son qoymağı tələb edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə ediləcəyini bildirib. Hüquq-mühafizə orqanlarından xəbər verilib ki, Ermənistan polisi kütləvi tədbirə son qoymaq barədə qərar qəbul edib və aksiyanın təşkilatçılarından buna əməl etməyi tələb edib. Polis habelə təşkilatçılara iştirakçıları yubanmadan bu barədə məlumatlandırmağı tələb edib.

Asayiş keşikçiləri əlavə ediblər ki, qanunvericiliyə uyğun olaraq, aksiyanın təşkilatçılarının olmadığı halda və ya polisin tələblərini yerinə yetirmədiyi halda onlar kütləvi tədbiri dağıtmaq hüququna malikdirlər.

Qeyd edək ki, etirazçılar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsində namizədliyinin irəli sürülməsinə qarşı kütləvi aksiyalar keçirirlər. Aksiyalar zamanı baş vermiş toqquşmalar nəticəsində 46 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi