Yerevan məhkəməsi müxalif telekanalın sahibini həbsdə saxlayıb

Yerevan məhkəməsi müxalif telekanalın sahibini həbsdə saxlayıb Ermənistan Apellyasiya Məhkəməsi iclas zamanı 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi işi üzrə şahidə rüşvət verməyə cəhd etməkdə ittiham olunan müxalif TV5 telekanalının sahibi Armen Tavadyanın həbsdə saxlanılmasına qərar verib.
Region
21 Yanvar , 2020 17:15
Yerevan məhkəməsi müxalif telekanalın sahibini həbsdə saxlayıb

Ermənistan Apellyasiya Məhkəməsi iclas zamanı 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi işi üzrə şahidə rüşvət verməyə cəhd etməkdə ittiham olunan müxalif TV5 telekanalının sahibi Armen Tavadyanın həbsdə saxlanılmasına qərar verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə A.Tavadyanın vəkili Ovanes Xudoyan məlumat verib.

“Gözlədiyimiz kimi, məhkəmə Tavadyanı həbsdə saxlamağa qərar verdi. Əlbəttə ki, bu qərardan şikayət edəcəyik. Lazım gəlsə, Avropa məhkəməsinə də müraciət edəcəyik”, - O.Xudoyan deyib.

Son xəbərlər

Orphus sistemi