Bakı. 10 yanvar.
“Report” xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.
Bildirilib ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı, general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.
Parada hücumu qiyamçı husilər təşkil edib.
*** 15:37
Bakı. 10 yanvar. REPORT.AZ/ Yəməndə hərbi parada hücum təşkil edilib.
“Report” Hürriyet”ə istinadən xəbər verir ki, Lahic şəhərindəki Əl-Aned hərbi bazasında keçirilən tədbirin pilotsuz uçan aparatla vurulması nəticəsində xeyli sayda hərbçi ölüb və yaralanıb.
İlkin məlumatlara görə, sayı 10-dan çox olan yaralılar arasında yüksək rütbəli hərbçilər də var.
Hadisə qurbanlarının sayı barədə hələlik məlumat yayılmayıb.