Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb - YENİLƏNİB

Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb - YENİLƏNİB Bakı. 10 yanvar. REPORT.AZ/ Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında paradın pilotsuz uçan aparatla (PUA) vurulması nəticəsində 6 hərbçi ölüb, 20-yə yaxın hərbçi isə yaralanıb.
Region
10 Yanvar , 2019 16:51
Yəməndə hərbi parada hücum olub: 6 hərbçi ölüb, 20-si yaralanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 10 yanvar. REPORT.AZ/ Yəmənin Lahic şəhərindəki Əl-Aned hərbi bazasında paradın pilotsuz uçan aparatla (PUA) vurulması nəticəsində 6 hərbçi ölüb, 20-yə yaxın hərbçi isə yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Bildirilib ki, yaralananlar arasında Lahic əyalətinin qubernatoru Əhməd Abdulla ət-Turki və 4-cü hərbi dairənin komandanı, general-mayor Məhəmməd Saleh Tammah, paradı işıqlandıran jurnalistlər də var.

Parada hücumu qiyamçı husilər təşkil edib.


*** 15:37

Bakı. 10 yanvar. REPORT.AZ/ Yəməndə hərbi parada hücum təşkil edilib. 

“Report” Hürriyet”ə istinadən xəbər verir ki, Lahic şəhərindəki Əl-Aned hərbi bazasında keçirilən tədbirin pilotsuz uçan aparatla vurulması nəticəsində xeyli sayda hərbçi ölüb və yaralanıb.

İlkin məlumatlara görə, sayı 10-dan çox olan yaralılar arasında yüksək rütbəli hərbçilər də var. 

Hadisə qurbanlarının sayı barədə hələlik məlumat yayılmayıb.

Son xəbərlər

Orphus sistemi