Xarici İşlər nazirinin sabiq müavini: "Yaponiya ABŞ-İran qarşıdurmasının qarşısının alınması üçün töhfə verə bilər"

Xarici İşlər nazirinin sabiq müavini: "Yaponiya ABŞ-İran qarşıdurmasının qarşısının alınması üçün töhfə verə bilər" Yaponiya Yaxın Şərqdə sabitliyin bərqərar olunmasına və ABŞ ilə İran arasında qarşıdurmanın qarşısının alınmasına töhfə verə bilər.
Region
1 İyul , 2019 09:53
Xarici İşlər nazirinin sabiq müavini: Yaponiya ABŞ-İran qarşıdurmasının qarşısının alınması üçün töhfə verə bilər

"Yaponiya Yaxın Şərqdə sabitliyin bərqərar olunmasına və ABŞ ilə İran arasında qarşıdurmanın qarşısının alınmasına töhfə verə bilər".

Bu barədə "Report"a Yaponiyanın Xarici İşlər nazirinin sabiq müavini, professor Mitoci Yabunaka bildirib.

Professor hesab edir ki, Yaponiyanın İranla bağlı vasitəçilik təşəbbüsü rəsmi Tokionun həm Vaşinqtonla sıx münasibətlərinin olması, həm də Tehranla tarixən yaxşı əlaqələrə malik olması ilə bağlıdır.

"Təəssüf ki, Tramp İranla sazişdən çıxmağa qərar verdi. Bu regionda isə sabitlik çox vacibdir. Yaponiya bu məsələyə töhfə verə bilər. Bu təşəbbüsün "Böyük iyirmiliy"in (G20) sammiti ilə heç bir əlaqəsi yoxdur. Bu, daha çox ABŞ və İran arasında baş verənlərlə bağlıdır", - Yaponiyanın sabiq Xarici İşlər naziri müavini deyib.

İyunun 28-29-da Osaka şəhərində keçirilmiş G20 sammitinin nəticələrini şərh edən M.Yabunaka qeyd edib ki, Baş nazir Sindzo Abe yüksək səviyyəli sammitin uğurlu alınması və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan bəyannamənin imzalanması ilə başa çatması üçün hər şeyi edib: "Sammitin yekununda bəyannamə imzalanmasaydı, bax, bu, uğursuzluq olardı".

Professor bu gün azad ticarət məsələsinin hər zamankından daha vacib olduğunu vurğulayıb: "Sammit iştirakçıları azad ticarətin inkişafı prinsipləri haqqında razılığa gəliblər və bunu uğurlu adlandırmaq olar".

Son xəbərlər

Orphus sistemi